Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın Gəncə Bölməsində soyqırımı qurbanlarının xatirəsi anılıb
31.03.2017 16:10
  • A-
  • A
  • A+

AMEA-nın Gəncə Bölməsində soyqırımı qurbanlarının xatirəsi anılıb

AMEA Gəncə Bölməsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə anım tədbiri keçirilib.

Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Anım mərasimində bölmənin akademik-katibi, akademik Fuad Əliyev çıxış edərək ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar barədə danışıb və tarixi faktları iştirakçıların diqqətə çatdırıb. Akademik çıxışında gəncləri belə taleyüklü məsələlərin aktuallaşmasında, soyqırımı həqiqətlərinin dünyaya çıxmasında aktiv olmağa, sosial şəbəkələrdə bu istiqamətdə addım atmağa səsləyib.

Tədbirdə bölmənin Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva, Bioresurslar İnstitutunun Boyaq emalı texnologiyası laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru İmran Qasımov, Diyarşünaslıq İnstitutunun elmi işçisi Namlet Allahverdiyev, YAP ərazi ilk partiya təşkilatının sədri Elnur Həsənov və digərləri çıxış edərək ermənilərin xalqımıza qarşı hər zaman təcavüzkar və riyakar siyasət yürütdüklərini, 31 mart soyqırımında on minlərlə insanın qətlə yetirildiyini söyləyiblər. Qeyd edilib ki, tariximizin öyrənilməsi, gənclərin maarifləndirilməsi və gələcəkdə bu cür vəhşiliklərin qarşısının alınması üçün güclü gənclik formalaşdırılmalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: