Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Türk incəsənəti, tarixi və folkloru” mövzusunda VII Beynəlxalq konfrans keçiriləcək
30.03.2017 11:50
  • A-
  • A
  • A+

“Türk incəsənəti, tarixi və folkloru” mövzusunda VII Beynəlxalq konfrans keçiriləcək

11-15 aprel 2017-ci il tarixlərində AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Türk incəsənəti, tarixi və folkloru” mövzusunda VII Beynəlxalq konfrans keçiriləcək.

Məqsəd türk mədəniyyətinin min illik təcrübəsinin mədəni irs çərçivəsində tədqiqi və təbliği, həmçinin Türkiyə-Azərbaycan mədəni əlaqələrinin davam etdirilməsidir.

Konfransın təşkilatçıları Milli Azərbaycan Tarixi Muzeyi, Almaniya Türklərin Dünyası İnstitutu, Ağrı İbrahim Çeçen Universiteti və Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqi Mərkəzi Başqanlığıdır.

Konfransda türk incəsənəti, tarixi, ədəbiyyatı, folkloru, mədəniyyəti, arxeologiya, bərpa və konservasiya, coğrafiya, təhsil, turizm və mədəni mirasın qorunmasında muzeylərin rolundan bəhs olunacaq.

Ünvan: Bakı ş., Hacı Zeynalabdin Tağıyev küç., 4 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: