Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları beynəlxalq sertifikat alıb
29.03.2017 09:50
  • A-
  • A
  • A+

Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları beynəlxalq sertifikat alıb

ABŞ-ın “Kinemetriks” şirkəti ilə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) arasında əməkdaşlıq çərçivəsində azərbaycanlı seysmoloqlar üçün treninq keçirilib.

Şirkətin mütəxəssisləri Taimi Mulder, Edelvays Spassov və Mathias Franken tərəfindən keçirilən treninqin əsas mövzusu "Kinemetriks"-in müvafiq cihazlarından düzgün istifadə qaydaları ilə bağlı olub.

Treninqdə iştirak edən RSXM-nin 15 əməkdaşı şirkətin sertifikatı ilə təltif ediliblər.

Qeyd edək ki, RSXM-nin seysmik stansiyalarındakı avadanlıqlar “Kinemetriks” şirkəti tərəfindən istehsal olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: