Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanda ingilis dili qrammatikasının tədqiqi tarixindən bəhs edən yeni nəşr
28.03.2017 09:35
  • A-
  • A
  • A+

Azərbaycanda ingilis dili qrammatikasının tədqiqi tarixindən bəhs edən yeni nəşr

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin elmi işçisi Leyla Səfərovanın “Azərbaycanda ingilis dili qrammatikasının tədqiqi tarixi” adlı monoqrafiyası çap olunub.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Fikrət Cahangirov, rəyçiləri isə AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və filologiya elmləri doktoru, professor Adil Babayevdir.

Monoqrafiyada ölkəmizdə ali məktəblər üçün yazılan dərslik və dərs vəsaitlərində, eləcə də tədqiqat işlərində ingilis dilinin qrammatikasının öyrənilməsi istiqamətində aparılan araşdırmalar geniş şəkildə əksini tapıb.

Əsərdə müəllif ilk dəfə olaraq Azərbaycanda ingilis dili qrammatikasının azərbaycanlı dilçilər tərəfindən necə və hansı prinsiplər əsasında yerinə yetirilməsini araşdırır. Eyni zamanda, ölkəmizdə ingilis dilinin tədrisi tarixi, qrammatikasının tədqiqinin təşəkkülündə rolu olan dilçilərin fəaliyyətini xronoloji ardıcıllıqla tədqiq edir, keçmiş sovet müəlliflərinin və bəzi dünya dilçilərinin kitablarındakı dil faktları ilə bağlı müqayisələr aparır.

Yeni nəşr magistrlər, doktorantlar, həmçinin ingilis dilinin nəzəri problemləri ilə məşğul olan hər bir kəs üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: