Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Naxçıvanlı məktəblilər AMEA-nın Dendrologiya İnstitutu ilə tanış olublar
27.03.2017 09:15
  • A-
  • A
  • A+

Naxçıvanlı məktəblilər AMEA-nın Dendrologiya İnstitutu ilə tanış olublar

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasından Bakıya gələn məktəblilər AMEA-nın Dendrologiya İnstitutunda olublar.

Şagirdlərə məlumat verilib ki, Mərdəkan qəsəbəsində yerləşən bu ərazi 1895-1920-ci illərdə mesenat və neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağı olub. Murtuza Muxtarovun evi ilə tanış olan məktəblilərin diqqətinə çatdırılıb ki, bina “kotik” üslubunda gəmi formasında layihələndirilib. Divarların eni 1 metr, hündürlüyü isə 8 metrdən ibarətdir. Binaların eyvanı hər yandan gəmi kayutasını xatırladır.

Diqqətə çatdırılıb ki, Dendrologiya İnstitutunun bağının ümumi sahəsi 12 hektardır. Burada bitən flora növlərinin sayına və yaşına görə Mərdəkan dendrarisi dünyanın ən zəngin kolleksiyaları səviyyəsindədir.

Məktəblilər gəzintidən xoş təəssüratla ayrılıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: