Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA Mərkəzi Nəbatat Bağının elmi əsərlərinin növbəti cildi çapdan çıxıb
21.03.2017 10:01
  • A-
  • A
  • A+

AMEA Mərkəzi Nəbatat Bağının elmi əsərlərinin növbəti cildi çapdan çıxıb

AMEA Mərkəzi Nəbatat Bağının elmi əsərlərinin növbəti - XIV cildi çapdan çıxıb. Məcmuə bu müəssisənin baş elmi işçisi, AMEA-nın müxbir üzvü Maqsud Qurbanovun 75 illik yubileyinə həsr olunub.

Toplu Abşeronun quru subtropik şəraitində yerli, ayrı-ayrı ölkələrin florasından olan bəzək, dərman, efir yağlı kol, ot və çiçək bitkilərinin öyrənilməsinə həsr edilib. Kitabda bir sıra bitkilərin bioloji xüsusiyyətləri, o cümlədən biomorfologiyası, bioloji müxtəlifliyi, boy və inkişafının dinamikası, çoxaldılma üsulları, ilkin becərilmə aqrotexnikası, respublikanın şəhər və digər yaşayış məntəqələrinin yaşıllaşdırılmasında istifadəsi haqqında tövsiyələr verilib.

Nəşrdən bitkilərin introduksiyası ilə məşğul olan elmi işçilər, aqronomlar, biologiya və kənd təsərrüfatı mütəxəssisləri, doktorantlar, tələbələr, həvəskar bağbanlar istifadə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: