www.science.az
21.03.2017 11:03

Milli Azərbaycan Tarixi Muzeyinin eksponatları naxçıvanlı məktəblilərin böyük marağına səbəb olub

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsi çərçivəsində Naxçıvan Muxtar Respublikası məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət dörd qrup martın 19-da AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olub.

Məktəblilərə muzeyin tarixi, müəssisədə qorunan müxtəlif əsrlərə aid eksponatlar barədə məlumat verilib.

Neft milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev muzeyi ilə tanışlıq, muzey binasının tarixi, Azərbaycan tarixini ən qədim dövrlərdən bu günə qədər əks etdirən eksponatlar şagirdlərin xüsusi marağına səbəb olub.

Şagirdlər Milli Azərbaycan Tarixi Muzeyi ilə tanışlıqdan zəngin təəssüratla ayrılıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.