Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şagirdlər torpaq çərşənbəsi və torpağın ekologiyası barədə məlumatlandırılıblar
17.03.2017 12:59
  • A-
  • A
  • A+

Şagirdlər torpaq çərşənbəsi və torpağın ekologiyası barədə məlumatlandırılıblar

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər Mərkəzi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi “Təhsili dəyərə çevirək” devizi altında “Ekoloji mühazirələr” layihəsini həyata keçirir. Layihə çərçivəsində məktəblilərin AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutuna “Torpaq çərşənbəsi və torpağın ekologiyası” mövzusunda ekskursiyası təşkil edilib.

Layihənin əsas məqsədi şagirdlərdə ekoloji biliklərin və mədəniyyətin formalaşdırılması, onlarda təbiətə maraq, qayğı və məhəbbət oyadılması, təbii sərvətlərdən səmərəli istifadə bacarıqlarının aşılanması, şagirdlərin istedad və yaradıcılıq qabiliyyətinin aşkara çıxarılmasıdır.

Ekskursiyada institutun Mineral gübrələr laboratoriyasının müdiri, a.ü.f.d. Məmməd Məmmədov və Torpaq-aqrokimyəvi tədqiqatlar və kütləvi analizlər laboratoriyasının sektor müdiri, a.ü.f.d Mirvari Məmmədova şagirdlərə bu elmi müəssisədə torpaqların ekologiyasına dair aparılan elmi-tədqiqat işləri barədə ətraflı məlumat veriblər.

Ekskursiya şagirdlərin marağına səbəb olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: