Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Riyaziyyat və Mexanika İnstitutunda məktəblilərə elmi-populyar mühazirələr keçirilib
17.03.2017 11:48
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunda məktəblilərə elmi-populyar mühazirələr keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün növbəti elmi-populyar mühazirə keçirilib.

İnstitutun Qeyri-harmonik analiz şöbəsinin aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Vidadi Mirzəyevin apardığı mühazirə “Birləşmələr nəzəriyyəsinin əsasları” mövzusuna həsr olunub.

Mühazirədə məktəb proqramına daxil olan birləşmələr nəzəriyyəsinin əsas elementləri və tətbiqləri, həmçinin digər kombinator məsələlər populyar dildə şərh edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: