Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Azərbaycanın iqtisadiyyat tarixi və tarixçiləri" kitabı çap olunub
17.03.2017 10:00
  • A-
  • A
  • A+

"Azərbaycanın iqtisadiyyat tarixi və tarixçiləri" kitabı çap olunub

AMEA Elm Tarixi İnstitutunun əməkdaşı Röya Mirzəbəyovanın "Azərbaycanın iqtisadiyyat tarixi və tarixçiləri" kitabı çapdan çıxıb.

"Elm və təhsil" nəşriyyatı tərəfindən çap olunan kitabın redaktoru institutun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli, elmi məsləhətçisi isə bu müəssisənin elmi işlər üzrə direktor müavini, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadədir.

Kitabda XX əsrin birinci yarısından başlayaraq Azərbaycanda yaranan ali təhsil ocaqları və tədqiqat mərkəzlərində iqtisadiyyat tarixinin öyrənilməsi ilə iqtisadi tarix məktəbinin təşəkkülü, həmçinin iqtisadiyyat tarixçilərinin bu məktəbin formalaşmasında rolu işıqlandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: