Martın 16-da AMEA-nın Fəlsəfə İnstitutunda Tacikistan Milli Elmlər Akademiyasının həqiqi üzvü Karamatullo Olimovla görüş keçirilib.
Görüşdə institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə alimə rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri barədə məlumat verib.
Akademik K.Olimov Tacikistan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun nəzdində fəlsəfi irsin öyrənilməsi və nəşri ilə məşqul olan Elmi mərkəzin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, iki qurum arasında 2014-cü ildə imzalanmış əməkdaşlıq memorandumunu xatırladıb.
Görüş çərçivəsində əməkdaşlığa dair müzakirələr aparılıb, birgə kitabların və elmi əsərlərin nəşri barədə razılıq əldə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.