Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Ekoloji arıçılıqla” məşğul olmaq istəyən fermerlərlə müqavilələr imzalanıb
16.03.2017 13:33
  • A-
  • A
  • A+

“Ekoloji arıçılıqla” məşğul olmaq istəyən fermerlərlə müqavilələr imzalanıb

Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan prioritetlərdən biri də ölkədə ekoloji təmiz məhsul istehsalının inkişaf etdirilməsidir. Bu məqsədə nail olmaq üçün AMEA-nın Qax rayonunda fəaliyyət göstərən Ekoloji Təmiz Kənd Təsərrüfatı (ETKT) üzrə Regional Təcrübə və Resurs Mərkəzinin təşkilatçılığı ilə müxtəlif istiqamətlərdə ekoloji təsərrüfatçılığa keçid mərhələsində olan fermerlər arasında maarifləndirmə işinin genişləndirilməsi, onlara peşəyönümlü məsləhətlərin və müasir informasiyanın verilməsi üçün görüşlər keçirilir.

“Ekoloji arıçılıqla” məşğul olmaq istəyən arıçılarla Qax rayonunun Ləkit kəndindəki ”Bal Evi”ndə görüş keçirilib, onlarla müqavilələr imzalanıb.

Görüşdə Azərbaycan Arıçılar Assosiasiyasının Prezidenti Bədrəddin Həsrətov iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: