Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Şərqşünaslıq İnstitutu ilə Çinin Qansu vilayətinin İctimai Elmlər Akademiyası arasında müqavilə imzalanıb
14.03.2017 15:41
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutu ilə Çinin Qansu vilayətinin İctimai Elmlər Akademiyası arasında müqavilə imzalanıb

Martın 14-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə Çinin Qansu vilayətinin İctimai Elmlər Akademiyası arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Sənədi Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva və İctimai Elmlər Akademiyasının prezidenti Vanq Fuşenq imzalayıblar.

Mərasimdə çıxış edən G.Baxşəliyeva Azərbaycan-Çin əlaqələrindən söz açıb, ölkələrimiz arasında elmi sahədə əməkdaşlığın genişləndiyini deyib. O, qonaqlara çinşünaslıq sahəsində görülən işlər barədə də məlumat verib. Bildirib ki, işlər institutun Asiya Sakit Okean regionu ölkələri şöbəsində aparılır.

Vanq Fuşenq isə çıxışında Azərbaycana səfərindən məmnun qaldığını və birgə əməkdaşlığın onların bu sahədəki fəaliyyətinə fayda verəcəyini vurğulayıb.

Tədbirdə Çinin Şanxay Universitetinin rəsmi nümayəndəsi Li Renyinq, Şərqşünaslıq İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev, institutun Asiya Sakit Okean regionu ölkələri şöbəsinin müdiri, f.ü.f.d. Zenfira Şıxəlibəyli və digərləri çıxış edərək elmi müəssisələr arasında əməkdaşlığın əhəmiyyətindən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: