Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan dendroflorası” kitabının III cildi nəşr olunub
14.03.2017 09:32
  • A-
  • A
  • A+

“Azərbaycan dendroflorası” kitabının III cildi nəşr olunub

Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun “Azərbaycan dendroflorası” kitabının III cildi  dərc edilib.

Ekspedisiyalar və Azərbaycan dendroflorasının müasir vəziyyətinin monitorinqi nəticəsində ərsəyə gələn kitabda yerli və xarici floraya mənsub 25 fəsilə, 42 cinsə aid 254 növ ağac-kol bitkisinin yayılma arealları, ekologiyası və istifadəsi haqqında məlumat yer alıb. Cild Örtülütoxumlular (Angiospermae) şöbəsinə aid Paxlakimilər (Legiminosae və ya Fabaceae) fəsiləsindən Qurğuşunçiçəyikimilər (Plumbaginaceae) fəsiləsinə qədər olan bitki növlərini əhatə edir.

Nəşrdə tədqiq olunan növlərin taksanomik tərkibi və təyinedici açarları A.Enqler-Prantl, o cümlədən 2009-cu ildə qəbul edilmiş APG III-IV sistemlərinə istinad edilməklə verilib və hərtərəfli təhlil olunub.

Kitab bioloqlar, botaniklər, ekoloqlar, dendroloqlar, ali və orta ixtisas məktəblərinin müəllim və tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: