www.science.az
18.02.2014 00:00

Akademik Arif Paşayevin 80 illik yubileyi münasibətilə alimin zəngin elmi və pedaqoji fəaliyyətindən bəhs edən sərgi nümayiş etdirilir

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli alim və ictimai xadim, Dövlət mükafatı laureatı, akademik Arif Paşayevin 80 illik yubileyi münasibətilə alimin zəngin elmi və pedaqoji, ictimai fəaliyyətindən bəhs edən sərgi təşkil edilib.

Sərgidə akademik Arif Paşayevin elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti haqqında oçerklər, onun elmi rəhbəri və elmi məsləhətçisi olduğu dissertasiyaların daxil olduğu və MEK tərəfindən hazırlanmış “Biblioqrafiya”, elmi əsərləri, o cümlədən alimin həmmüəllifi olduğu “Radiaktiv və kosmik şüalar”, “Bərk cisimlər fizikası”, “Aeronaviqasiyada kartoqrafik proyeksiyalar”, Aviasiya elektron sistemlərinin element və qurğularına aid “Elektronikanın əsasları”, “Antena-Fider qurğularının hesabatı və layihələndirilməsi” və s. kitablar nümayiş etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.