Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Web of Science” platformasından  istifadə qaydalarına dair seminar keçirilib
06.03.2017 14:17
  • A-
  • A
  • A+

“Web of Science” platformasından istifadə qaydalarına dair seminar keçirilib

AMEA ilə “Thomson Reuters” təşkilatı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Geologiya və Geofizika İnstitutunda seminar keçirilib.

Tədbirdə AR Təhsil Nazirliyinin əməkdaşı Aygün Babazadə çıxış edərək dünyada ən nüfuzlu elmi-analitik informasiya platforması olan “Web of Science” sistemindən istifadə qaydaları, o cümlədən bu şəbəkəyə məqalələr təqdim etmək, xarici nəşrləri oxumaq və digər imkanlar barədə məlumat verib. Bildirib ki, platformada 18 min elmi jurnal yer alır və onlardan 13 mini impakt faktor qazanıb. Onları oxuya bilmək üçün təsdiq olunmuş IP ilə webofknowledge.com ünvanında qeydiyyatdan keçmək tələb olunur.

Sözügedən sistemə məqalə yerləşdirmək üçün isə materiallara müxtəlif ölkələrin elmi-tədqiqat müəssisələrində çalışan alimlər tərəfindən rəylər verilməsi vacibdir. Həmçinin məqalələrə istinad prosesinin şəffaf olması da əsas şərtlərdəndir.

A.Babazadə platformada məqalələrin axtarılması qaydalarını da əyani şəkildə nümayiş etdirib.

Tədbir çoxsaylı suallarla davam etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: