Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

ETKT üzrə Regional Təcrübə və Resurs Mərkəzi ilə fındıqçılıqla məşğul olan fermerlər arasında müqavilə imzalanıb
06.03.2017 12:35
  • A-
  • A
  • A+

ETKT üzrə Regional Təcrübə və Resurs Mərkəzi ilə fındıqçılıqla məşğul olan fermerlər arasında müqavilə imzalanıb

Prezident İlham Əliyevin 2016-cı il dekabrın 6-da imzaladığı Fərmanla təsdiqlənmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” aqrar sektorun inkişafında mühüm rol oynayır. Sənəddə nəzərdə tutulan prioritetlərdən biri də ölkədə ekoloji təmiz məhsul istehsalının inkişaf etdirilməsidir.

Bu məqsədlə AMEA Botanika İnstitutunun Qax rayonunda fəaliyyət göstərən Ekoloji Təmiz Kənd Təsərrüfatı (ETKT) üzrə Regional Təcrübə və Resurs Mərkəzinin nəzdində müxtəlif istiqamətlər üzrə yüksəkixtisaslı mütəxəssislərin, peşəkar fermerlərin iştirakı ilə Məşvərət Şuraları yaradılıb. Məşvərət Şuralarının bilavasitə dəstəyi ilə ekoloji təsərrüfatçılığa keçid mərhələsində olan fermerlər arasında maarifləndirmə işinin aparılması, onlara peşəyönümlü məsləhətlərin və müasir texnologiyalarının tətbiqi ilə bağlı məlumatların verilməsi nəzərdə tutulur.

Martın 6-da Qax rayonunun Tasmalı kəndində fındıqçılıqla məşğul olmaq istəyən fermerlərlə görüş keçirilib. Kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi məqsədilə ETKT üzrə Regional Təcrübə və Resurs Mərkəzi ilə fermerlər arasında müqavilə imzalanıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: