Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Aşqarlar Kimyası İnstitutunda beynəlxalq laboratoriya yaradılacaq
03.03.2017 15:46
  • A-
  • A
  • A+

AMEA Aşqarlar Kimyası İnstitutunda beynəlxalq laboratoriya yaradılacaq

AMEA Aşqarlar Kimyası İnstitutunda Türkiyənin Orta Doğu Texnik Universitetinin (ODTU) dəstəyi ilə beynəlxalq laboratoriya yaradılacaq.

Bu barədə razılıq AKİ-nin aparıcı elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayevin ODTU-nun Kimya bölməsinin rəhbəri, professor Cihangir Tanyeli ilə baş tutan görüşündə əldə olunub.

Qeyd edək ki, yaxın vaxtlarda beynəlxalq laboratoriyanın yaradılması məqsədilə tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: