Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Ərəb alimi İbn Makula haqqında yeni kitab nəşr olunub
03.03.2017 10:11
  • A-
  • A
  • A+

Ərəb alimi İbn Makula haqqında yeni kitab nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nərgiz Əliyevanın “İbn Makula o muxaddisax Azerbaydjana” kitabı çapdan çıxıb.

Nəşrdə orta əsrlərin məşhur ərəb alimi İbn Makulanın (1030 – 1082) “Əl-İkmal” əsəri araşdırılır. Həmçinin Naxçıvan, Gəncə və digər bölgələrdə azərbaycanlı mütəfəkkirlərlə görüşən, dini mərkəzləri, kitabxanaları gəzən İbn Makulanın altmışdan çox Azərbaycan üləması, o cümlədən mühəddislər (hədis alimləri), dilçilər, fəqihlər, sufilər, şairlər, katiblər, hafizlər və sərkərdələr haqqında məlumatları kitabda öz əksini tapıb.

Kitab orta əsr tarixini tədqiq edən alimlər, müəllim və tələbələr, Azərbaycan tarixi ilə maraqlananlar üçün dəyərli elmi mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: