AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan torpaqları uğrunda canından keçən, şəhidlik zirvəsinə ucalan Vətən övladlarına məxsus materialların qorunub saxlanılması, təbliği və gələcək nəsillərə ötürülməsində mühüm missiyanı yerinə yetirir.
2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin şəhid olmuş baş leytenantı Cavid Dədəkişiyevin atası Gülbaba Dədəkişiyev Milli Azərbaycan Tarixi Muzeyində olub.
Bu mədəniyyət ocağının direktoru, akademik Nailə Vəlixanlı ilə görüşən G.Dədəkişiyev oğluna məxsus 6 fotoşəkil və hərbi geyim dəstini muzeyə təqdim edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.