Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycanlı alim İqtisadi Əməkdaşlıq Təşkilatının mükafatına layiq görülüb
02.03.2017 15:26
  • A-
  • A
  • A+

Azərbaycanlı alim İqtisadi Əməkdaşlıq Təşkilatının mükafatına layiq görülüb

Martın 1-də Pakistan İslam Respublikasının paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammiti keçirilib.

Sammitdə iştirak edən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov bu təşkilatın elm və texnologiya nominasiyası üzrə mükafatına layiq görülüb.

P.Kərimov bu mükafata orta əsrlər Azərbaycan ədəbiyyatı, türk, islam xalqları ilə ədəbi əlaqələrin araşdırılmasındakı xidmətlərinə görə layiq görülüb.

Mükafatı alimə Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: