www.science.az
02.03.2017 14:33

Akademik Dilqəm Tağıyev beynəlxalq jurnalın redaksiya şurasına dəvət alıb

AMEA-nın vitse-prezidenti v.i.e., Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyev Ukraynanın "Химия и технология воды" jurnalının beynəlxalq redaksiya şurasında iştirak üçün dəvət alıb.

Bu barədə jurnalın baş redaktoru, Ukrayna Milli Elmlər Akademiyasının Kolloid Kimyası və Suyun Kimyası İnstitutunun direktoru, akademik Vladislav Qonçarukdan məktub daxil olub.

Qeyd edək ki, 1979-cu ildən dərc olunan jurnalda suyun işlənməsi və texnologiyasının nəzəri əsasları, onun işlənməsi proseslərinin fiziki kimyası, analitik kimyası, mineralsızlaşdırılması, su hazırlığının texnologiyası, suyun təmizlənməsinin bioloji metodları kimi sahələrdə elmi-nəzəri və eksperimental məqalələr dərc olunur.

Jurnal, həmçinin ingiliscə tərcümə olunaraq "Journal of Water Chemistry and Technology" adı ilə xaricdə dərc olunur.

Hazırda jurnal SCOPUS, Web of Science: Science Citation Index Expanded, Academic OneFile, ASFA, Chem Web, Compendex, CSA/Proquest, EMBiology, Expanded Academic, GeoRef, Google Scholar, Inspec, OCLC, Summon by Serial Solutions kimi beynəlxalq elmi bazalarda indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.