Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Cəfər Rəmzinin “Qəzəllər” kitabı çap olunub
02.03.2017 10:27
  • A-
  • A
  • A+

Cəfər Rəmzinin “Qəzəllər” kitabı çap olunub

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən tanınmış şair, tədqiqatçı, pedaqoq, tərcüməçi Cəfər Rəmzinin qəzəllərindən ibarət toplu çap olunub.

C.Rəmzinin 110 illik yubileyi münasibətilə hazırlanan kitabın rəyçiləri Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli və Kitabxana və elmi informasiya şöbəsinin müdiri Qutiyera Cəfərovadır.

Kitabda şairin əsasən “Sufi”, “Rəmzi” təxəllüsü ilə yazdığı şeirlər yer alıb və qəzəllər institutun əməkdaşı Sona Xəyal tərəfindən transfonoliterasiya edilib.

Qeyd edək ki, Cəfər Rəmzinin 1959-1993-cü illərdə qələmə aldığı əsərlərin əlyazma nüsxələri, çap variantları və kitabları Əlyazmalar İnstitutunda qorunur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: