Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Görkəmli Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.03.2017 16:23
  • A-
  • A
  • A+

Görkəmli Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunan beynəlxalq konfrans keçiriləcək

22-23 iyun 2017-ci il tarixlərində AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimiyə həsr olunmuş “Şeirin vüsəti – sözün qüdrəti” adlı Beynəlxalq elmi konfrans  keçiriləcək.

Tədbir Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Azadə Rüstəmovanın 85 illiyinə ithaf olunur.

Konfrans aşağıdakı mövzuları əhatə edəcək:

• Nəsiminin dövrü, mühiti və həyatı;

• Nəsiminin bədii-fəlsəfi görüşləri;

• Nəsiminin sənətkarlığı;

• Nəsimi: sələflər və xələflər;

• Çağımızda Nəsimi.

Konfransda iştirak etmək istəyənlər məqalələrini 17 mart 2017-ci il tarixinədək i.nasimi600@gmail.com elektron ünvanına göndərə bilərlər.

Konfransın işçi dilləri: Azərbaycan, türk, rus və ingilis.

Konfransın təqvimi:

Məqalələrin göndərilməsi üçün son tarix

17 mart 2017-ci il

Qəbul edilən məqalələr haqqında məlumatın verilməsi

28 aprel 2017-ci il

Konfransın plenar iclasının açılışı

22 iyun  2017-ci il

Bölmə iclasları

22-23 iyun 2017-cı il

Konfransın bağlanışı

23 iyun 2017-ci il

  Məqalələrin tərtibatına dair tələblər:

- Mətnin həcmi 7 səhifəyə qədər, A4 formatda, Times New Roman şrifti ilə, 14 ölçüdə, 1,5 intervalla, soldan 3 sm, sağdan 1,5 sm., yuxarıdan 2 sm, aşağıdan 2 sm olmalıdır;

- Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi qalın şriftlə yazılmalıdır. Məqalənin xülasəsi rus və ingilis dillərində açar sözlərlə verilməlidir;

- Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır;

- Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: mötərizədə, mənbənin nömrəsi, səhifə; məs.; [7; 8; 9], [1], [7, 124-125].

Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə məlumat verilməyəcəkdir. 

Ünvan: Bakı şəh., Hüseyn Cavid pr., 115, Ədəbiyyat İnstitutu

E-mail: i.nasimi600@gmail.com

Telefon: (+994 12) 537 24 33 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: