Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.03.2017 10:14
  • A-
  • A
  • A+

1 Mart - Ümumdünya Mülki Müdafiə Günü AMEA-nın elmi müəssisələrində qeyd olunub

1 Mart - Ümumdünya Mülki Müdafiə Günü AMEA-nın elmi müəssisələrində qeyd olunub

1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür. 1972-ci il Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi tədbirlərlə qeyd olunur. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilata 1993-cü ildə üzv olub. 

Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar təşkil edilmiş tədbirlərin məqsədi mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, ictimaiyyətin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsidir.

AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarında 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub. Neft-Kimya Prosesləri, Botanika institutlarında, Milli Azərbaycan Tarixi Muzeyində təşkil olunan tədbirlərdə mülki müdafiənin məqsədi, təşkil edilmə prinsipləri barədə məlumat verilib, dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində əhalinin mülki müdafiəsinin təmin edilməsi sahəsində böyük uğurların əldə olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, fövqəladə hallarla mübarizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanlarının başlıca vəzifəsidir. 

Tədbirlərdə Mülki Müdafiə qərargahlarının üzvləri təbii fəlakətlər, istehsalat qəzaları və fövqəladə hallar zamanı davranma qaydalarını əyani olaraq nümayiş etdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: