Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Professor Qəzənfər Kazımovun 80 illik yubileyinə həsr olunan elmi konfrans keçiriləcək
01.03.2017 10:23
  • A-
  • A
  • A+

Professor Qəzənfər Kazımovun 80 illik yubileyinə həsr olunan elmi konfrans keçiriləcək

Martın 3-ü 12:00-da AMEA-nın Əsas binasında Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə tanınmış ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral Akademiyasının fəxri üzvü, filologiya elmləri doktoru, professor Qəzənfər Kazımovun anadan olmasının 80 illik yubileyinə həsr olunan elmi konfrans keçiriləcək.

Tədbirdə “Görkəmli dilçi alim”, "Xeyirxah, təəssübkeş müəllim, unikal alim”, “Qəzənfər Kazımov Azərbaycan diçiliyində”, “Qəzənfər Kazımov və Azərbaycan dilinin tarixi” mövzusunda məruzələr dinləniləcək.

Ünvan: Bakı şəh., H.Cavid prospekti, 115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: