www.science.az
28.02.2017 11:00

“Çıldırlı Aşıq İrfani” kitabı çapdan çıxıb

AMEA-nın Folklor İnstitutunun Xarici əlaqələr bölməsinin rəhbəri Əli Şamilin "Çıldırlı Aşıq İrfani" kitabı çapdan çıxıb.

Kitabın elmi rеdаktorlаrı filologiya üzrə fəlsəfə doktorları Elxan Məmmədli, Seyfəddin Altaylı, redaktoru isə Afiz Veysoğludur.

XVIII-XIX əsrlərdə Axısqa-Çıldır bölgəsində yaşamış, çağdaşlarına və özündən sonrakı aşıqlara güclü təsir göstərmiş Aşıq İrfani ləqəbli Süleymanın şeirləri kitab halında ilk dəfə çap olunub. Kitаbа aşığın şeirləri və haqqında söylənən dastan-rəvayətlər də daxil edilib.

Yeni nəşr ali məktəb müəllimləri və tələbələr, mütəxəssislər, həmçinin folklor mövzuları ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.