www.science.az
27.02.2017 16:39

Litvalı araşdırmaçıların Qarabağla bağlı kitablarının təqdimatı keçiriləcək

Martın 15-də saat 11:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında litvalı tarixçi, humanitar elmlər doktoru Alqimantas Liyekisin “Millətlərin Qafqazda köçü. 20 əsr” (litva və rus dillərində) və jurnalist Qintaras Visotskasın “Qara Bağın Faciəsi” (litva dilində) kitablarının təqdimatı olacaq.

Kitabxananın və Litvanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılacaq. Həmçinin tədbir iştirakçıları “Mədəniyyətlərarası dialoqa diplomatik nümayəndəliklərin töhfəsi” mövzusunda yaradılacaq guşə ilə tanış olacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.