Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.02.2017 10:08
  • A-
  • A
  • A+

AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarında anım mərasimləri keçirilib.

AMEA-nın Botanika, Fizika, Arxeologiya və Etnoqrafiya, Fəlsəfə, Fiziologiya, Kataliz və Qeyri-Üzvi Kimya, Molekulyar Biologiya və Biotexnologiyalar, Genetik Ehtiyatlar institutlarında, Hüseyn Cavidin Ev Muzeyində, Respublika Seysmoloji Xidmət Mərkəzində təşkil olunan tədbirlərdə mənfur ermənilərin qəddarlığından, o cümlədən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törətdikləri dəhşətli qırğınlardan danışılıb. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı faciəsinə siyasi-hüquqi qiymət verildiyi diqqətə çatdırılıb.

Vurğulanıb ki, XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımı xalqımızın qan yaddaşından silinməyəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: