Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Büdcə strategiyalarının koqnitiv modelləşdirilməsi üzrə seminar keçirilib
24.02.2017 09:10
  • A-
  • A
  • A+

Büdcə strategiyalarının koqnitiv modelləşdirilməsi üzrə seminar keçirilib

AMEA İdarəetmə Sistemləri İnstitutunda "Qlobal çağırışlar, o cümlədən dünya bazarında neftin qiymətinin düşməsi şəraitində Azərbaycan dövlət büdcəsinin strateji təhlili üçün koqnitiv vasitələr" adlı seminar keçirilib.

Seminar Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun 2015-ci ildə qalib olmuş qrant layihəsi çərçivəsində baş tutub.  

Layihədə AMEA İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının alimləri və "Oil Supply" şirkətinin əməkdaşları iştirak ediblər.

Seminarda qlobal iqtisadi böhran, dünya karbohidrogen bazarlarında xammal qiymətinin aşağı düşməsi, partnyor ölkələrdəki sosial-iqtisadi sarsıntılar, mövcud büdcə planlaşdırılması və digər aktual mövzular müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: