www.science.az
23.02.2017 13:51

Məktəblilər fizika elminə böyük maraq göstərirlər

Bakı şəhəri Yasamal rayonu 308 nömrəli tam orta məktəbin VIII-X sinif şagirdləri bu təhsil müəssisəsində təşkil olunan “Fizika aylığı” çərçivəsində AMEA Fizika İnstitutunun İnnovasiya sektorunda olublar. Məqsəd şagirdlərin dünyagörüşünün formalaşdırılması, onlarda fizika elminə marağın artırılması olub.

Görüşdə şagirdlər institutun laboratoriyaları ilə tanış olublar. Bu müəssisənin əməkdaşları institutda aparılan tədqiqat işləri, onların praktik əhəmiyyəti və tətbiq perspektivləri, həmçinin İnnovasiya sektorunun fəaliyyəti və burada quraşdırılan cihazlar barədə ətraflı məlumat veriblər.

Məktəblilər AMEA-da təşkil olunan sərgi ilə də tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.