Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.02.2017 09:19
  • A-
  • A
  • A+

“Xocalı soyqırımı: Vəhşilik aktı” mövzusunda elmi konfrans keçirilib

“Xocalı soyqırımı: Vəhşilik aktı” mövzusunda elmi konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı: Vəhşilik aktı” mövzusunda elmi konfrans keçirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbiri açaraq erməni cəlladlarının Azərbaycan xalqına qarşı sоyqırımı siyasəti yeritmələrindən, sоydaşlarımızı repressiya, depоrtasiyaya məruz qоymalarından, etnik təmizləmə aparmalarından, ərazilərimizin bir hissəsini işğal etmələrindən bəhs edib. Qeyd edib ki, erməni quldurlarının Xocalıya hücumu zamanı qocalar, qadınlar, uşaqlar xüsusi qəddarlıqla öldürülüb, mülki əhali itkin düşüb, əsir götürülüb. Bildirilib ki, bəşər tarixində misli görünməmiş bu faciənin beynəlxalq müstəvidə tanıdılmasına ümummilli lider Heydər Əliyev nail olub. Ulu öndərin təşəbbüsü və səyi nəticəsində Milli Məclisdə qəbul edilən müvafiq qərardan sonra 26 fevral Xocalı soyqırımı günü kimi qeyd olunmağa başlayıb.

Tədbirdə Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları “Xocalı faciəsinə gedən yol”, “Xocalı faciəsi azərbaycanlılara qarşı törədilən soyqırımdır”, “Xocalı soyqırımının azərbaycanlıların milli şüuruna təsiri”, “Xocalı faciəsində erməni terror təşkilatlarının iştirakı” mövzusunda elmi məruzələrlə çıxış ediblər. Xocalı soyqırımı haqqında həqiqətin dünyaya çatdırılması istiqamətində aparılan sistemli tədbirlərdən bəhs edən natiqlər Azərbaycan xalqının torpaqların düşmən tapdağı altında olması ilə heç vaxt barışmayacağını bildiriblər.

Sonda Xocalı soyqırımına aid real faktları əks etdirən fotoşəkillər və sənədlər nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: