Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Tərəvəz bitkilərinin zərərvericiləri, xəstəlikləri və onlarla mübarizə tədbirləri” adlı kitab çapdan çıxıb
21.02.2017 12:19
  • A-
  • A
  • A+

“Tərəvəz bitkilərinin zərərvericiləri, xəstəlikləri və onlarla mübarizə tədbirləri” adlı kitab çapdan çıxıb

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri, biologiya elmləri doktoru Hacı Şıxlinskinin “Tərəvəz bitkilərinin zərərvericiləri, xəstəlikləri və onlarla mübarizə tədbirləri” adlı kitabı çapdan çıxıb.

Kitabda 78 növ zərərverici və onlara qarşı aqrotexniki, bioloji və kimyəvi mübarizə tədbirləri barədə ətraflı məlumat verilib.

Yeni nəşrin elmi redaktorları AMEA-nın müxbir üzvü Pənah Muradov və biologiya üzrə fəlsəfə doktoru Nailə Məmmədovadır.

Kitab mütəxəssislər, tələbələr, həmçinin tərəvəzçiliklə məşğul olan fermerlər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: