Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Hüseyn Cavidin Ev Muzeyində Turan Cavidin 90 illik yubileyinə həsr edilmiş tədbir  keçirildi
01.10.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Hüseyn Cavidin Ev Muzeyində Turan Cavidin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

2 oktyabr 2013-cü il tarixində AMEA Hüseyn Cavidin Ev Muzeyində Azərbaycan dramaturgiyasının banisi Hüseyn Cavidin qızı, muzeyin sabiq direktoru, əməkdar mədəniyyət xadimi Turan Cavidin 90 illik yubileyinə həsr olunmuş “Turan Cavid teatrşünas, muzeyşünas, mətnşünas kimi” adlı elmi sessiya keçirilmişdir. 

Tədbiri giriş sözü ilə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı açaraq, Turan xanımın həyat və yaradıcılığı, H.Cavidin Bakıdakı Ev Muzeyinin yaradılmasında, Naxçıvanda H.Cavid məqbərəsinin açılmasında, H.Cavidin külliyatının orijinal variantına qaytarılmasında göstərmiş olduğu misilsiz xidmətlərindən danışdı. H.Cavid adının yüksəklərə qaldırılmasında Turan Cavidin danılmaz əməyindən söz açdı. 

Muzeyin əməkdaşı, cavidlər ailəsinin yaxın qohumu Əbülfəz Naxçıvanlı tədbirdə çıxış edərək Turan xanımla bağlı bəzi yeni maraqlı faktları, xatirələri iştirakçılar ilə paylaşdı. 

Muzeydə yubiley münasibətilə T.Cavidin həyat və sənət yolundan bəhs edən sənəd, əlyazma, foto, fəxri fərman, təltiflər və onun əşyaları haqqında xatirə sərgisi nümayiş olundu. 

©Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: