www.science.az
20.02.2017 16:49

Milli Azərbaycan Tarixi Muzeyinin məqalələr toplusu çap olunub

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin “Milli Azərbaycan Tarixi Muzeyi – 2016” illik toplusu çap olunub.

Bu müəssisənin direktoru, akademik Nailə Vəlixanlının təsisçisi və baş redaktoru olduğu bu toplu muzeyin Elmi Şurasının qərarı ilə nəşr olunub.

Toplu yeddi hissədən - “Muzey kolleksiyasının materialları Vətən tarixinin öyrənilməsində mənbə kimi”, “Tarix”, “Arxeologiya”, “Sənətşünaslıq”, “Millət atası”, “Yubileylər” və “Muzeyin həyatından” bölmələrindən ibarətdir. Burada muzeyin əməkdaşlarının və digər alimlərin Azərbaycan və rus dillərində elmi məqalələri dərc olunub. 505 səhifəlik topluda 39-dan çox müəllifin məqaləsi yer alıb.

Muzey tərəfindən hər il nəşr olunan kitab-toplu oxucular üçün qiymətli mənbə, tarix elminə dəyərli töhfə kimi böyük əhəmiyyət daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.