www.science.az
20.02.2017 10:52

Türkiyənin Ərdahan Universiteti ilə AMEA-nın Folklor İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Türkiyənin Ərdahan Universitetinin İnsan elmləri və ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölümünün professoru Ərdoğan Altınkaynak AMEA-nın Folklor İnstitutunda olub.

Qonağı salamlayan bu elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov ona institutda görülən işlər barədə ətraflı məlumat verib.

Ə.Altınkaynak Azərbaycanın tarixi bölgələrindən olan Dərbəndlə bağlı təəssüratlarını bölüşüb. O, Ərdahan Universitetində onlarla azərbaycanlı tələbənin təhsil aldığını, vaxtaşırı Azərbaycanda çap olunan elmi nəşrləri əldə etdiklərini bildirib.

Görüşdə qarşılıqlı olaraq Türkiyənin Ərdahan bölgəsindən, eləcə də Azərbaycanın müxtəlif bölgələrindən folklor materiallarının toplanılması, nəşri, araşdırılması ilə bağlı məsələlər müzakirə olunub.

Sonda M.İmanov türkiyəli qonağa Folklor İnstitunun nəşrlərini hədiyyə edib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.