AMЕA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilən sərgi təşkil olunub.
Sərgidə “Tarixi həqiqətin soyqırımı”, “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri” (Azərbaycan və rus dillərində), “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri” (Azərbaycan, rus və ingilis dillərində), “Xocalı soyqırımı” (sənədlər, faktlar və xarici mətbuatda), “Türkün Xocalı soyqırımı”, “Erməni teroru”, “Ermənilər və həqiqətlər: rəsmi sənədlərlə”, “Qarabağ həqiqətləri”, “Qarabağ düyünü”, “Qarabağ harayı” və digər kitablar nümayiş etdirilir.
Bir neçə bölmədən ibarət olan sərgidə türk, rus və ingilis dillərində çap olunan kitablar da tamaşaçıların ixtiyarına verilib.
Öz faciəviliyinə görə dünyada analoqu olmayan Xocalı hadisəsini əks etdirən jurnal, qəzet və kitab materiallarının yer aldığı sərgi ayın sonuna kimi davam edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.