Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru V Dünya Hökumətlər Sammitində iştirak edib
15.02.2017 09:57
  • A-
  • A
  • A+

AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru V Dünya Hökumətlər Sammitində iştirak edib

12-14 fevral 2017-ci il tarixlərində Dubayda V Dünya Hökumətlər Sammiti (World Government Summit) keçirilib.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti, baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun himayəsi ilə keçirilən Sammitdə dünyanın 139 ölkəsindən dörd minədək nümayəndə, o cümlədən tanımış ictimai-siyasi xadimlər, alim və ekspertlər iştirak ediblər.

Toplantıda ölkəmizi AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov və institutun aparıcı elmi işçisi, i.f.d. Rüfət Efendiyev təmsil ediblər.

Tədbir çərçivəsində keçirilən "Yeni ideyalar" müsabiqəsində Rüfət Efendiyevin də daxil olduğu beynəlxalq qrup ikinci yeri tutub.

Sammit iştirakçıları üç gün ərzində hökumətlərin və dövlət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində fikir mübadiləsi aparıblar. Bu mühüm tədbirdə iqtisadiyyat, maliyyə, təhsil, səhiyyə, gənclər, texnologiyaların inkişafı, innovasiyalar, gələcək elmlər, dayanıqlı inkişaf, dövlət xidmətlərinin təkmilləşdirilməsi, habelə insanların yaşayışı ilə bilavasitə bağlı olan, dünyanın bütün ölkələrində cəmiyyətin müxtəlif təbəqələrinin mənafeyinə dair bir sıra mövzular müzakirə edilib.

Məruzəçilər arasında Dünya İqtisadi Forumunun sədri Klaus Şvab, Beynəlxalq Valyuta Fondunun icracı direktoru Kristin Laqard, BMT-nin İnkisaf Proqramının direktoru Helen Klark, BMT-nin baş katibi Antonio Guterres, Dünya Bankının prezidenti Cim Yonq Kim, UNESCO-nun baş direktoru İrina Bokova, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti, MAGATE-nin direktoru Yukiya Amano, bir cox ölkələrin baş nazirləri və nazirləri, dunyanın tanınmış şirkətlərinin rəhbərləri, görkəmli elm adamları, Nobel mükafatçıları da olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: