Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycanda geodinamika sisteminin gələcək inkişafı müzakirə olunacaq
13.02.2017 09:46
  • A-
  • A
  • A+

Azərbaycanda geodinamika sisteminin gələcək inkişafı müzakirə olunacaq

14-15 fevral 2017-ci il tarixlərində saat 10:00-da AMEA-nın Geologiya və Geofizika İnstitutunda “Qafqaz ərazisinin seysmik və geodinamik monitorinqi: Məlumatların riyazi təhlili və zəlzələ təhlükələrinin qiymətləndirilməsi” mövzusunda seminar keçiriləcək.

Seminarda Geologiya və Geofizika İnstitutununun və İtaliyanın Milli Tədqiqatlar Şurasının Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutunun alimləri Azərbaycan ərazisinin seysmik təhlükələrini, o cümlədən Abşeron yarımadası və Xəzər regionunda gedən geodinamik prosesləri müzakirə edəcəklər.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, italiyalı professor Luçiano Teleska və digər elm xadimləri, mövzu üzrə mütəxəssislər iştirak edəcəklər.

Ünvan: Bakı ş., H.Cavid pr., 119.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: