Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Rəyasət Heyətinin Gəncədə səyyar iclası keçirilib
17.02.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin Gəncədə səyyar iclası keçirilib

Gəncədəki Heydər Əliyev Mərkəzində AMEA Rəyasət Heyətinin səyyar iclası keçirilib.

Öncə AMEA Rəyasət Heyətinin üzvləri ümummilli lider Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyublar.

İclası giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevqurumun səyyar iclasının Gəncədə keçirilməsini əlamətdar hadisə adlandırıb, son illər Gəncədə aparılmış abadlıq və yenidənqurma, eləcə də elm və təhsilin inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, ölkə Prezidentinin diqqət və qayğısı sayəsində Gəncənin sosial-iqtisadi, həmçinin elmi potensialının gücləndirilməsi istiqamətində müsbət addımlar atılmışdır. Prezidentin müvafiq Sərəncamı ilə AMEA-nın Gəncə Elmi Mərkəzi Bölməyə çevrilmiş, 7 elmi-tədqiqat institutunun yaradılması barədə Fərman imzalanmışdır.

Tədbirdə çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə Gəncə Bölməsinin yaradılmasının əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, 1980-ci illərdə ulu öndər Heydər Əliyevin quruculuq siyasətinin nəticəsi kimi ərsəyə gəlmiş Gəncə Regional Elmi Mərkəzi uzun illər AMEA-nın qərb bölgəsi üzrə əsas strukturu olaraq fəaliyyət göstərmiş, burada bir sıra mühüm elmi-tədqiqat işləri həyata keçirilmişdir. Akademik qeyd edib ki, son illər ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı və onun uğurlu nəticələri elmi mərkəzin bölməyə çevrilməsi zərurətini meydana çıxarmışdır. Bu zərurətin nəticəsi olaraq ölkə rəhbərinin Sərəncamı ilə Gəncə Bölməsi və onun nəzdində Humanitar Tədqiqatlar, Aqrar Problemlər, Diyarşünaslıq, Bioresurslar, Ekologiya və Təbii Ehtiyatlar institutları, həmçinin Nizami Gəncəvi Mərkəzi və Nəbatat bağı təsis edilmişdir.

AMEA-da həyata keçirilən gənclər siyasətindən söz açan A.Əlizadə Gəncə Bölməsində yüksəkixtisaslı kadrların hazırlanmasının vacibliyini önə çəkib.

Qurumun 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edən bölmənin sədri, AMEA-nın müxbir üzvü Fuad Əliyevbildirib ki, bölmədə bölgə üçün vacib olan qeyri-neft sektorunun inkişafı, təbii resurslar və ekoloji problemlər araşdırılmışdır. Alternativ enerji mənbələri, bioloji müxtəliflik və genefondun qorunması, davamlı inkişafı istiqamətlərində tədqiqatlar aparılmışdır. Toxumçuluq, süni mayalanma, torpaq və su ehtiyatları, həmçinin digər mövzular üzrə də araşdırmalar davam etdirilmişdir.

F.Əliyev Gəncə Bölməsinin elmi müəssisələrində fəlsəfə doktorluğu hazırlığı üzrə dotoranturaya 6 nəfərin qəbul olduğunu qeyd edib.

Bölmənin fəaliyyəti qənaətbəxş hesab edilib, təşkilatın yeni əsasnaməsi, strukturu və ştat cədvəli təsdiq edilib. Yeni yaradılmış institutlar və texnopark üçün torpaq sahələrinin ayrılması, həmçinin binaların tikilməsi məqsədi ilə Gəncə Şəhər İcra Hakimiyyəti, AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi qarşısında vəsatət qaldırılması qərara alınıb.

Tədbirdə çıxış edən akademiklər Qərib MəmmədovƏhliman Əmiraslanovİsa Həbibbəyli, AMEA-nın müxbir üzvləri Rasim ƏliquliyevAsəf Hacıyev və başqaları Azərbaycan elminin inkişafı istiqamətində görülən və görülməsi vacib işlərdən danışıblar, bölmənin fəaliyyəti ilə bağlı fikir və təkliflərini irəli sürüblər.

Sonda A.Əlizadə AMEA-nın Gəncə Bölməsi ilə AMEA institutları arasında innovativ layihələr istiqamətində birgə tədqiqatların aparılmasının vacibliyini vurğulayıb, texnoparkın təşkili və kadr hazırlğı istiqamətində tövsiyələrini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: