www.science.az
07.02.2017 09:25

Azərbaycan ərazisində 2 vulkan püskürməsi qeydə alınıb

Fevralın 6-da AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Qobu stansiyasından 35 kilometr cənub-qərbdə 2 vulkan püskürməsi qeydə alınıb.

RSXM-nın direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlidən aldığımız məlumata görə, Qaradağ rayonu ərazisində “Otman bozdağ” vulkanında iki püskürmə baş verib. Ərazidə baş verən palçıq vulkanının püskürməsi yerli vaxtla saat 12:20:40-da və 14:18:07-də qeydə alınıb. Birinci vulkanın püskürməsi 3 dəq 23 san, ikincinin isə 6 dəqiqə davam edib. 

Qeyd edək ki, “Otman bozdağ” vulkanının püskürməsi sonuncu dəfə 13 il bundan əvvəl – 2004-cü ildə qeydə alınıb. Bu isə vulkanın sayca doqquzuncu püskürməsidir. AMEA-nın Geologiya və Geofizika İnstitutu tərəfindən vulkanla bağlı araşdırmalar davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.