Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Türk-qurd etnosu araşdırmalar, çözümlər” adlı kitab çap olunub
06.02.2017 16:54
  • A-
  • A
  • A+

“Türk-qurd etnosu araşdırmalar, çözümlər” adlı kitab çap olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılovun “Türk-qurd etnosu araşdırmalar, çözümlər” adlı yeni kitabı çapdan çıxıb.

Kitabda qədim türk etnosu olan “qurd”lar və onların mənşəyindən bəhs edilir. Əsərdə ”qurd” anlayışının türk xalqları arasında daşıdığı mənalar izahlı geniş şəkildə təhlil olunub.

Yeni nəşrdə unudulmaqda olan “qurd” dilinin leksik-semantik xüsusiyyətləri barədə məlumata da rast gəlmək mümkündür. Kitabın sonunda “qurd” dilinə məxsus sözlərin lüğəti əksini tapıb və qədim dildə olan sözlərin müasir Azərbaycan dilində qarşılığı verilib.

Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan kitabın redaktorları fil.ü.e.d., prof. İsmayıl Kazımov və fil.ü.f.d., dos. Aytən Bəylərovadır.

Kitaba ön sözü institutun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, professor İlhami Cəfərsoy yazıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: