Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.02.2017 16:15
  • A-
  • A
  • A+

AMEA-da dissertasiya mövzularının seçilməsinə diqqət artırılır

AMEA-da dissertasiya mövzularının seçilməsinə diqqət artırılır

AMEA-nın  Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Tarix Problemləri üzrə Elmi Şurasının növbəti iclası keçirilib.

Tədbirdə Şuranın sədri, AMEA-nın müxbir üzvü Şahin Mustafayev Şuraya elmlər doktoru və fəlsəfə doktoru hazırlığı proqramları üzrə daxil olan doktorant və dissertantların mövzuları, rəhbərləri və məsləhətçiləri barədə məlumat verib. Bildirib ki, dissertasiya mövzularının seksiyalarda ixtisasçı alimlər tərəfindən hərtərəfli müzakirə olunması vacib məsələdir.

Alim dissertasiya mövzularının müasir dövrdə elmin qarşısında duran əsas vəzifə və tələblərə uyğun seçilməsinin zəruriliyini, bunun əsasında cəmiyyətdə elmi-texniki tərəqqini sürətləndirməyə əhəmiyyətli töhfə verən tədqiqatların işlənilməsinin vacibliyini vurğulayıb.

Sonra Vətən tarixi, ümumi tarix, arxeologiya, etnoqrafiya və etnologiya, tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları kimi ixtisaslar üzrə təqdim olunmuş 22 dissertasiya mövzusunun geniş müzakirəsi aparılıb.

Müraciət edən doktorant və dissertantlara tədqiqatlarını düzgün formalaşdırmaq üçün müvafiq tövsiyələr verilib. 

Müzakirələrdə Tarix Problemləri üzrə Elmi Şuranın üzvləri çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: