Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Demoqrafik inkişaf məsələlərinə həsr olunan yeni nəşr
06.02.2017 10:00
  • A-
  • A
  • A+

Demoqrafik inkişaf məsələlərinə həsr olunan yeni nəşr

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu tərəfindən ötən ilin sentyabrında Şəki-Zaqatala iqtisadi regionunda keçirilmiş respublika konfransının materiallarından ibarət yeni kitab çapdan çıxıb.

Akademik Ramiz Məmmədovun baş redaktorluğu ilə nəşr edilən “Azərbaycan Respublikasında demoqrafik inkişaf: əhali məskunlaşmasının perspektivləri və regional problemləri” kitabı beş bölmədən ibarətdir. Nəşr “Azərbaycanda demoqrafik inkişaf problemləri və əhali məskunlaşması məsələləri”, “Məskunlaşmaya təbii-coğrafi və ekoloji şəraitin təsiri”, “Regionların sosial-iqtisadi inkişafının müasir problemləri”, “Turizm-rekreasiya ehtiyatlarından istifadə və əhali məşğulluğunun həlli yolları”, “Multikulturalizm və tolerantlıq: Müasir vəziyyət və regionların inkişafının prioritet istiqamətləri” mövzularını əhatə edir.

R.Məmmədov kitaba yazdığı giriş sözündə qeyd edir ki, əhalinin öyrənilməsi onların səmərəli məskunlaşması, şəhər və kənd məntəqələrinin inkişafı, əhalinin səmərəli məşğulluğunun təmini, miqrasiyanın nizamlanması regional inkişaf fərqlərinin azaldılması üçün zəruridir. Bu istiqamətdə tədqiqatların aparılması mühüm vəzifə kimi qarşıda durur.

Kitab nəinki bu sahə ilə məşğul olan mütəxəssislər, tələbələr, magistrlər üçün dəyərli mənbə rolunu oynayar, eyni zamanda, geniş oxucu kütləsinin də marağına səbəb ola bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: