Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Şahin Mustafayevin 55 yaşı tamam olur
06.02.2017 09:50
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Şahin Mustafayevin 55 yaşı tamam olur

Fevralın 7-də tanınmış alim, Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Şahin Məcid oğlu Mustafayevin 55 yaşı tamam olur.

Şahin Mustafayev 1962-ci il fev­ralın 7-də Bakı şəhərində anadan ol­muş­dur. 1984-cü ildə Azərbaycan Dövlət Uni­­ver­si­tetinin (indiki Bakı Dövlət Univer­siteti) şərq­şünaslıq fakültəsini bitirmişdir.

O, 1990-cı ildə tarix üzrə fəlsəfə dok­to­ru, 2011-ci ildə tarix üzrə elmlər doktoru el­mi dərəcələrini almış, 2014-cü ildə isə AMEA-nın müx­bir üzvü seçilmişdir.

Ş.Mustafayev əmək fəaliyyətinə Azər­bay­can Milli Elmlər Akademiyası akademik Z.M.Bün­­ya­dov adına Şərq­şünaslıq İns­ti­tu­tun­da baş laborant kimi başlamış, sonralar kiçik el­mi işçi, elmi işçi, böyük elmi işçi və­zi­fə­lə­rində çalışmışdır. Hazırda həmin institutun elmi iş­lər üzrə direktor müavinidir.

Alimin elmi fəaliyyətinin əsas is­tiqamətləri orta əsrlərdə Os­man­lı imperiyası və Azərbaycanın sosial-iqtisadi və etno-mə­də­ni tarixinin öyrənilməsidir.

Professorun mühüm elmi nailiy­yət­lə­ri Ağq­o­yun­lu, Səfəvi və Osmanlı döv­ründə Şər­qi Ana­dolunun siyasi, sosial-iqtisadi ta­ri­xi­nin və bu bölgələrlə əlaqədar Ağqoyunlu hökm­­darı Uzun Həsənin qanunvericilik fəaliy­yətinin, XI-XV yüz­illiklərdə Kiçik Asiya və Azərbaycanda ge­dən sosial-siyasi və etnomədəni proseslərin tədqiqidir. Həmçinin Azər­baycan tarixinə aid Osmanlı sə­nəd­li mənbələrinin (təhrir dəftərlərinin) təh­li­li, tərcüməsi və nəşri, Mərkəzi Asiya xalq­la­rı­nın tarixinin araşdırılması ilə əlaqədar apa­rı­lan işlər də Ş.Mustafayevin əldə etdiyi nailiyyətlər sırasındadır.

Tarixçi alim 73 elmi əsərin müəl­li­fi­dir. Onlardan 33-ü xarici ölkələr­də nəşr edil­miş­dir. Onun “Şərqi Anadolu: Ağqo­yun­lu­lar­dan Osmanlılara”, “Səl­cu­qi­lər­dən Osmanlılara: XI-XV əsrlərdə Ana­do­lu­nun türk mühitində etnosiyasi proseslər” adlı monoqrafiyaları orta əsrlər Os­manlı və Azərbaycan tarixinin bir sıra kon­sep­tual məsələlərinin araşdırılmasına mühüm ye­niliklər gətirmişdir. Eyni zamanda, Azər­bay­can və Cənubi Qafqazın sosial-iqtisadi tarixinin öyrənilməsi üçün əvəzsiz mənbələr sayılan Osmanlı təhrir dəftərlərinin sistematik tədqiqi, tərcüməsi və nəşri işində də xidmət göstərərək, 1728-ci ilə aid Qazax və Borçalı böl­gələrini əhatə edən “Tiflis əyalətinin mü­fəs­səl dəftəri”ni və 1590-cı ilə aid “Lori vi­la­yə­tinin icmal dəftəri”ni çap etdirmişdir.

Ş.Mus­tafayev 2008-2013-cü illərdə YUNESKO-nun Beynəlxalq Mərkəzi Asiya Təd­qiqatları İnstitutunun direktoru vəzi­fə­sin­də çalışdığı zaman bir sıra mühüm elmi-təd­qi­qat layihələrinin gerçəkləşdirilməsinə imza at­mış­dır. Onun rəhbərliyi altında həyata keçi­ri­lən bu layihələrin bir neçəsi Azərbaycanla Mərkəzi Asiya xalqlarının tarixi-mədəni əlaqələrinə həsr olunmuşdur.

O, YUNESKO-nun Beynəlxalq Mərkəzi Asiya Araşdır­maları İnstitutu­nun müxbir üzvüdür. YUNESKO-nun “Hirayama – İpək Yolu” və Fulbright proqramlarının qrant layihələrinin qalibi olmuşdur. Alim, həmçinin Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin “Qazaxıstanda elmin inkişafı üçün” nişanı ilə təltif olunmuşdur.

AMEA-nın müxbir üzvü Ş.Mustafayevin rəhbərliyi ilə 5 fəlsəfə doktoru hazırlanmışdır.

Tanınmış alimi 55 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı, tarix elminin inkişafı yolunda nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: