www.science.az
06.02.2017 09:45

Günəş batareyası ilə işləyən raket buraxılacaq

Rusiya alimləri kosmosa günəş batareyası ilə işləyən raket buraxmağı təklif ediblər.

runews24.ru saytı xəbər verir ki, mütəxəssislər günəş batareyalı mühərrikin maye yanacaqla işləyən mühərrikə nisbətən iki dəfə səmərəli olacağını bildirirlər.

Alimlərin sözlərinə görə, yeni mühərrik fotoelektrik yolu ilə günəş şüalarını qəbul edən qurğudan ibarət olacaq. Qurğu Günəş şüalarını elektrik enerjisinə çevirəcək. Mütəxəssislər qeyd edirlər ki, yaxın gələcəkdə günəş batareyası ilə işləyən raketləri kosmosa buraxmaq mümkün olacaq.

Xəbər verildiyi kimi, “Proton” raketinin kommersiya buraxılışı 2017-ci ilin aprelində həyata keçiriləcək.