www.science.az
03.02.2017 17:15

Azad Həmkarlar İttifaqının növbəti iclası keçirilib

Bu gün AMEA-nın Əsas binasında Azad Həmkarlar İttifaqının (AHİ) növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan AHİ-nin sədri, iqtisad üzrə elmlər doktoru İsa Alıyev rəhbərlik etdiyi qurumun son dövrlərdə Akademiyanın sosial-ictimai həyatında önəmli rol oynadığını diqqətə çatdırıb. Qeyd edib ki, AHİ ötən il olduğu kimi cari ildə də elmi fəaliyyətlə məşğul olan şəxslərin sosial rifahının yaxşılaşdırıması istiqamətində mühüm işlər görəcək, onların mədəni-kütləvi tədbirlərdə iştirakını təmin edəcək.

Sonra çıxış edən AMEA İşlər İdarəsinin müdir müavini Sərdar Əliyev elmi dərəcəsi olan şəxslərə sosial mənzillər üçün güzəştli ipoteka kreditinin verilməsini müsbət hal kimi dəyərləndirib, müraciət qaydaları ilə bağlı məlumat verib. Akademiyanın balansında olan torpaqlardan da söz açan S.Əliyev torpaqlardan istifadəyə dair müsbət təkliflə çıxış edənlərə rəhbərlik tərəfindən lazımi dəstəyin göstəriləcəyini qeyd edib.

Daha sonra boş qalan AHİ sədrinin müavini vəzifəsinə seçkilər keçirilib. Hüquq elmləri doktoru, professor Habil Qurbanov yekdilliklə AHİ-nin sədr müavini seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.