www.science.az
03.02.2017 11:52

“Beynəlxalq torpaq və tətbiqi elmlər” mövzusunda konfrans keçiriləcək

Türkiyənin Konya şəhərində yerləşən Səlcuq Universitetinin Mühəndislik fakültəsinin dekanı, professor Fərrux Yıldız və həmin fakültənin professoru Ekrəm Tuşat AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar. Qonaqlar institutun direktoru, aqrar elmlər üzrə elmlər doktoru, professor Əlövsət Quliyevlə görüşüblər.

Görüşdə 2018-ci ildə AMEA və Türkiyənin Səlcuq Universitetinin birgə təşkilatçılığı ilə reallaşdırılacaq “Beynəlxalq torpaq və tətbiqi elmlər” mövzusunda konfransın təşkilati məsələləri müzakirə olunub. Bildirilib ki, konfransın keçirilməsinin əsas məqsədi hər iki ölkə arasında elm və texnika sahəsində işbirliyinin, ortaq layihələrin genişləndirilməsidir. 3 gün davam  etməsi planlaşdırılan tədbirdə Türk dünyasından, MDB və Avropa ölkələrindən elm adamları iştirak edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.