www.science.az
02.02.2017 14:29

Əlyazmalar İnstitutunda Gənclər Gününə həsr olunan tədbir keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda bu müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının 2 Fevral – Gənclər Gününə həsr olunan iclası keçirilib.

İnstitutun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq 2 fevralın Gənclər Günü kimi qeyd edildiyini söyləyib, gənc nəslə göstərilən yüksək dövlət qayğısından danışıb. O, elmi-tədqiqat müəssisələrində gənc alimlərin elmi axtarışlara qoşulduqlarını, AMEA-nın ictimai-siyasi həyatında gənclərin rolunun yüksəldiyini xüsusi vurğulayıb.

Sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fil.ü.f.d., dosent Nailə Mustafayeva rəhbərlik etdiyi qurumun ötən ildəki fəaliyyəti barədə məlumat verib.

İnstitutun Təhsil şöbəsinin müdiri, fil.ü.f.d. Kərimulla Məmmədzadə AMEA-da yeni elmi nəslin yetişməsi, gənclərin inkişafı istiqamətində görülən işlərdən söz açıb.  Gənclərin Azərbaycanın inkişafında böyük rol oynadıqlarını söyləyən K.Məmmədzadə bildirib ki, 2016-cı ildə Əlyazmalar İnstitutunda təhsilin magistratura pilləsi üzrə ilk dəfə qəbul həyata keçirilib.

Sonda institutun direktoru, akademik Teymur Kərimli, direktor müavinləri - fil.ü.e. doktorları Aybəniz Əliyeva-KəngərliPaşa Kərimov gənc alim və mütəxəssisləri təbrik edib, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıblar.         

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.