www.science.az
02.02.2017 14:18

AMEA-da alman və fransız dillərindən doktoranturaya qəbul imtahanları keçirilib

AMEA-nın elmi müəssisələrinin doktoranturasına alman və fransız dillərindən qəbul imtahanları keçirilib.

İmtahanlar AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sərəncamı əsasında yaradılmış İmtahan Komissiyasının üzvlərinin iştirakı ilə Mərkəzi Elmi Kitabxanada baş tutub. Şəffaflığın təmin edilməsi məqsədilə imtahan prosesinə video-müşahidə sistemi vasitəsilə nəzarət olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.